AZADİSTAN (ERKİN YURD) -XİYABANİ

Saturday, July 15, 2006


Təcəddud’dən bir Türk Marş
تجددود`دن بير تورك مارش


Dadaş Qaraqoyunlu Qızılbaş داداش قاراقويونلو قيزيلباش

آزاديستان اركله تي (دٶولتي) اولوسال مارشي
Âzâdistan Ərkləti (Dövləti) Ulusal Marşı


يئنه يئتدي ايقباليميز Yenə yetdi iqbalımız,
حاصيل اولدو آماليميز Hâsil oldu amalımız,
نه آيدين ايستيقباليميز Nə aydın istiqbalımız,
ياشاسين ايستيقلاليميز Yaşasın İstiqlalımız,
ياشاسين حوررييت Yaşasın Hürriyyət,
ياشاسين موساوات Yaşasın Musavat!

فخر-و شرف ميصداغيميز Fexr-ü şərəf misdağımız,
رٶوشن هامي آفاغيميز Rövşen hamı âfâğımız,
آزاد اولسون تورپاغيميز Âzâd olsun torpağımız,
يايلاغيميز، قيشلاغيميز Yaylağımız, qışlağımız,
ياشاسين حوررييت Yaşasın Hürriyyət,
ياشاسين موساوات Yaşasın Musavat!

ميللت هامي قارداشيميز Millət hamı qardaşımız,
فتح-و ظفر يولداشيميز Fəth-ü zəfər yoldaşımız,
اٶز اليميز، اٶز باشيميز Öz əlimiz, öz başımız,
تورپاغيميز، داغ داشيميز Torpağımız, dağ daşımız,
ياشاسين حوررييت Yaşasın Hürriyyət,
ياشاسين موساوات Yaşasın Musavat!

قارداشلاريم غئيرت ائدين Qardaşlarım qeyrət edin,
تحصيل اوچون هيممت ائدين Təhsil üçün himmət edin,
نه واختادك عيبرت ائدين Nə vaxta dək ibrət edin,
كسب-ي شرف، رفعت ائدين Kəsb-i şərəf, Rəf’ət edin,
ياشاسين حوررييت Yaşasın Hürriyyət,
ياشاسين موساوات Yaşasın Musavat!

Təcəddüd’ün 24ümüncü sayısında Qəzetin müdürü Tağı Rəf’ət’in yazdığı marş. (Ədebiyyat-e Mənzum-e Torki, Həbib Sahir)

Tağı Rəf’ət Osmanlıların Azərbaycanı işqalı sırasında Azərbaycan adında bir dərgi çıxartdı. Osmanlılar Azərbaycanı tərk eləyəndən sonra Xiyabani Hərəkətinə qoşuldu. 1300’də Xiyabani’nin öldürüldüyünü eşidən həmin, 33 yaşındaykən özünü öldürdü. O, eyni zamanda Fars dilində ilk modern şe’rin quruçularındandır. Xiyabani özü də nitqlərini duruma görə Türkcə vəya Farsca olaraq söylərdi. Onun Farscada olduğu kimi çox iti və tə’sirli Türk dili var idi.

تجددود`ون ٢٤ومونجو ساييسيندا قزئتين مودورو تاغي رفعت`ين يازديغي مارش

تاغي رفعت عوثمانليلارين آزربايجاني ايشغالي سيراسيندا آزربايجان آديندا بير درگي چيخارتدي. عوثمانليلار آزربايجاني ترك ائله يه ندن سونرا خيياباني حركتينه قوشولدو. ١٣٠٠ده خيياباني`نين اٶلدورولدويونو ائشيدن همين، ٣٣ ياشيندا ايكن اٶزونو اٶدوردو. او عئيني زاماندا فارس ديلينده ايلك مودئرن شئعرين قوروچولارينداندير. خيياباني اٶزو ده نيطقلريني دوروما گٶره توركجه و يا فارسجا اولاراق سٶيله ردي. اونون فارسجادا اولدو كيمي، چوخ ايتي و تاثيرلي تورك ديلي واردي.

0 Comments:

Post a Comment

<< Home