AZADİSTAN (ERKİN YURD) -XİYABANİ

Saturday, July 15, 2006


Şeyx Mehemmed Xiyabani’nin Oldurulmesi


Şeyx Mehemmed Xiyabani’nin oldurulmesi ve rehberlik etdiyi demokratik hereketin meglubiyyeti Ermenilerle elaqesizdir. Xiyabani Ingiltere’nin entrikalari ve satqin Azerilerin eliyle oldurulmuşdur:

1298’de Osmanlilar silahlandirdiqlari Kurd tayfalarla birlikde serheddi geçerek Azerbaycan’a girdiler. Belece Rusiya-Fransa-Ingiltere v.s. terefinden silahlandirilmiş Asoru-Ermeni banditlerin Urmu ve daha sonra Salmas’da başlatdiqlari Azeri qetliamlari ve Urmu’nun isghqal edilişine son qoyuldu. Asoru-Ermeni qetliamindan qurtulan Xalq arasinda Osmanli qoşununa qarşi boyuk bir sempati ve sevgi yaranmişdi. Osmanli qoşunu Tebriz’e girende Xiyabani onlari şexsen qarşilamişdi. Azerbaycan Demokrat Partisi terefinden Osmanli quvvetlerine xoş geldin şe’rleri soylendi. Gelen Osmanlilarla birlikde Zonuzi ve Buluri kimi Azeriler de var idi.

Teessufle bu vez’iyyet çox uzun surmedi ve onlarin Osmanliçiliq (o zamanin Turk-Islam sentezçileri sayilan Islamçiliq-Turançiliq) siyasetini yeritmeye başlamasiyla her şey yeyinlikle mehv oldu. Osmanlilar bu siyaset dogrultusunda Şimali Azerbaycan’dan olan Yusuf Ziya Bey reyasetinde “Ittihad-i Islam” adinda bir cemiyyet quraraq her terefli propaqandaya başladilar. Bu cemiyyet Xiyabani ve Demokratlara qarşi olan şexs (Huseyin Aga Fişekçi, Mirza Eli Hey’et, Mirza Bagir Telie, Dr. Zeynelabidin Xan, Sultanzade v.s.) ve teşkilati oz etrafina yigmaya başladi. Xiyabani’nin yaxinlarindan ve Teceddud qezetinin yazarlarindan Mirze Tagi Xan “Ittihad-i Islam” aximina qoşuldu. Be’zileri yazilarinda Firdovsi’nin hetta Zerduşt’un anasinin Turk oldugunu yazdilar. Bir sira Osmanli meqamlari Azerbaycan’in Osmanli’ya ilhaq edilmesinden danişmaya başladilar. Bu ise başda Xiyabani olmaq uzere Azeri aydin ve siyasilerde boyuk narahatçiliq yaratdi ve e’tirazlarini bildirdiler. Osmanlilar ise Hereketin rehberleri Xiyabani, Şeyx Ismayil Novberi, Haci Eli Nagi Genceyi ve Hac Mehemmed Eli Aga Badamçi’ni tutup iki ay Urmu zindaninda hebs etdiler. Xiyabani orada istintaqlardaki suallarin heç birisine cavab vermemiş ve “Sizin bizi istintaq etmeye haqqiniz yoxdur” demişdir. Sari Qamiş meglubiyyetinden sonra Osmanlilar geri çekilerken Xiyabani ve o bir mucahidleri Qars’a surduler, oz yerlerine ise Azerbaycan’a Iran’in Muhacir menşeli Azeri Qazaq qoşunu yerleşdi. Rusiya Inqilabi’yla Qazaq gucleri Riza Xan’in Tehran’da gerçekleşdirdiyi bir çovruluşle Ingiltere’nin eline geçdi.

Ingiltere emperiyalismi şiddetle anti emperiyalist olan Xiyabani’nin başçiliq etdiyi hereketi yeyince ezmek uçun keşfiyyat zabiti Major Edmond’u Tebriz’e gonderdi. O, Osmanlilar kimi qiyamin liderleri arasinda iki tirelik yaradaraq (Seyid Ehmed Kesrevi), tekce hereketi zeyifledebildi, amma yox eliyenmedi. Olkeni 1919 anlaşmasiyla Ingiltere’nin muste’meresine çovuren başnazir Vusuq ud-Dovle de ciddi şekilde ozunu Xiyabani’nin inqilabi demokratik hereketinden tehlukede hiss edir ve Azerbaycan’daki Qazaq guclerini artirmaqla uyqun bir zamanda Xiyabani eleyhine bir çovruluş hazirlamaqdaydi. Hukumetinin yixilmasi ve yerine Mason olan Muşir ud-Dovle Pirniya’nin geçmesiyle, Iran oliqarşisinde en boyuk Mason xanedanlardan olan Muxbir us-Seltene de Azerbaycan valiliyine te’yin edildi.

Mehdi Qulu Hidayet Muxbir us-Seltene Xiyabani ile ikili oynadi. Sonunda da bir gun qefilden Tebriz’i terk edip şeher eşiyindeki Qazaqxanaya geçdi. Ondan sonra heç kimin gozlemediyi bir anda Qazaq gucleri şehere girdiler. Dovrun savaş naziri Riza Xan’in emriyle Ingiltere’ye bagli Azeri Qazaq gucleri şeheri işqal etdi. Qefilden yaxalanan xalqin gorsetdiyi çox az muqavimet tezlikle sindirildi. Seher çagi Ali Qapi alinip şeher Qazaq guclerinin elindeydi. Iki gun sonra da Azeri Qazaq esgerleri Xiyabani’ni gizlendiyi evinde tapip ele oradaca beynine bir gulle sixaraq heyatina son verdiler. Evini talayip ailesi ve lap boyuyu yeddi yaşinda bir qiz olan uşaqlarini kuçelerde dolandirdilar. Usyana qatilanlar rehmsizce cezalandirilip, evleri talan ve 300’e yaxini e’dam edildi. Belece Ingiliz diplomasisi Azeri Qacar sulalesini yixip yerine Pehlevi Rejimini qurma hedefine dogru Ingiltere muste’mereçiliyi ve Riza Xan’a qarşi savaşan son maneyi de ortadan qaldirmiş oldu.

Xiyabani’nin cesedi bir nerdivan ustune qoyulup ve Muxbir us-Seltene’nin sarayina aparildi. Daha sonra cenazeni Seyid Hemze qebirsandiginda, Meşrutiyet şehidleri yaninda quyuladilar. Eyni gun onun milliyyetce Azeri olan qatili Ismayil Qazaq’in rutbesi iki derece yukseltildi. Heç kime xetm meclisi ve terhim merasimi tutma izni verilmedi. Daha sonra onun mezari ustunde bir mekteb qayirdilar. Bugun orada ne mezar ve ne de mekteb vardir ve Şeyx’in quyulandigi yer belli deyildir.


ELAQELI QEYDLER
1- Xiyabani ve hereketini tanimaq ve orgeşmek uçun en yaxçi qaynaq ozunun soylediyi sayisiz nitq ve yazdigi onlarca meqalesidir. Tarixi deyişdirmek, tehrif etmek, şexsiyyetler ve hadiselerin içini boşaltmaq heç kimden, dost veya duşmen, qebul edilecek bir reftar deyildir. Tarixde “Ermenilerce oldurulen, Turk milliyyetçisi olan ve Azadistan Turk Dovleti’ni quran separatist bir Xiyabani” heç vaxt yaşamamişdir. Mebhes milliyyetçiliyin pis veya yaxçi olmasinda deyil, mebhes tekce bele bir şexsin heç vaxt var olmadigindadir. Bu xeyali şexs “Babek”den bir “Şaman Turk” yaradan Turk-Islam Sentezçi zehniyyetin mehsulundan başqa bir şey deyildir.

2- Xiyabani heç vaxt separatist olmayipdir çunku ozu bele deyir. Xiyabani’nin Azerbaycan’i olqu etmek ve daha sonra Tehran’i feth etmeye niyyeti var idi. Bunu gerçekleşdirmek uçun de Iran’in bahsqa bolgelerinde (Gilan, Iran’in Guneyi) başlayan demokratik hereketlerle birleşmek yolunda emeli addimlar atmaya başlamişdi. Ayrica o dovurde Iran’da Azeri Qacar dovleti hakim idi. Ataturk’un başlatdigi hereket Osmanlilardan ayrilmaq uçun ise eyer, Xiyabani Hereketi de Qacarlardan ayrilmaq uçun sayilabiler.

3- Xiyabani Demokrat Partisi’nin feallarindan idi. Birinci meclisde milletvekilleri ikiye bolunmuşduler. Muhafizekarlar (Ictimaiyyun-i E’tedaliyyun) ve Radikallar (Ictimaiyyun-i Ammiyyun veya Sosyal Demokratlar). O vaxtin Iran’inda Sosyal Demokrat adi altinda bugunku me’nada uç Sosyal Demokrat, Sosiyalist ve Komunist cerayanlar bir araya gelmişdiler. Sosyal Demokratlarin prensiblerinin başinda “Siyasi gucun ruhani gucden qet’iyyen ayri olmasi” idi. Xalqlar Dostlugunun gerçek mudafieçisi olan Xiyabani’nin siyasi yolu, ozunun defelerle yazdigi ve soylediyine gore “emperiyalisme qarşi ve demokratik azadliqlar ugrunda mubarize” olupdur.


Ey vetene bezl eliyen neqd-i can!
Millete dar uste veren imtihan!
Mehv ola muşkuldu bu nam-u nişan,
Qanla sefa tapdi bahar-i veten.


Xalqin Xiyabani uçun soylediyi agitdan

Dadaş Qaraqoyunlu Qizilbaş

1 Comments:

  • Pаyday loan tеnd to be effective capital personаl loаns wiԁely available ωith
    brickѕ-and-mortar comрaniеs, along
    the lines of area unsecurеd guarantor loаn οrganisations,
    οr ρerhaps online. Τhеse
    types of brief, convenient borгoωing products commonly tranѕport
    аn incгеased inteгeѕt rather thаn normal, ѕhoгt-term fіscal loans νia loan proνiԁers and also creԁit hіstοry unionѕ.
    Maԁe to bеnefit ѕtandard consumеrs such as уou to earn thеm because of wageѕ
    that will income, these types of funds are useԁ tо ρаѕѕagе that
    diffeгenсe οccurring there is “too consiԁerаbly four wеeκѕ afteгwаrds of yοur mοney”.


    When уou decide on a payԁay lоan on the inteгnet, you’ll acсеѕs easilу сapital
    in which aѕѕist you in interacting with a ρerѕon's many important financial obligations, from the comfort of your comfort in addition to personal space of your personal family home. That’s as to why lots of present day individuals are picking out gain access to the bucks them to require using virtual reality, ınstead of knocking typically the sidewalk, hunting for economical together with honest unsecured guarantor loan retailers of their personal city.

    Here is my webpage; chwilowka przez internet

    By Anonymous Anonymous, at 2:33 PM  

Post a Comment

<< Home