AZADİSTAN (ERKİN YURD) -XİYABANİ

Thursday, September 09, 2004

Azadistan Dövləti


Azadistan Dövləti (1918 – 1920)


Xamenə'li Əbd-ül Həmid oğlu Məhəmməd isimli gənc Türk qəhrəmanı, Azərbaycan Türkü’nün bağımsızlıq hərəkətinin lideri olmuş, Azərbaycan bağımsızlıq mücadiləsi tarixinə şanlı səhifələr qazanmışdır. Bu böyük insan Şeyx Məhəmməd Xiyabani’dir.

Xiyabani, Təbriz’də Azərbaycan Demokratik Partisi’ni yenidən qurmuşdur. 1917 Ağustos ayı sonlarında toplanan 48 delegenin qatıldığı kongerədə, Azərbaycan Demokrat Firqəsi’nin bağımsız bir parti olduğunu e'lan etmişdir. Bu kongerədə, Firqə Mərkəz komitəsi seçimlə bilinmişdir.

Vüsuq’üd Dövlə’nin 1919’da İran’ı sömürgə (müstə'mərə) halinə gətirən anlaşmayı İngilizlərlə imzalaması üzərinə, Güney Azərbaycan hürriyət pərvərləri bağımsızlıqlarını e'lan edərək, Azadistan Türk Dövləti’ni qurmuşdurlar.

11 Eylül 1920 tarixində Muxbir’üs Səltənə Hidayət’in hazırladığı xainanə plan (nəqşə) sonucu Təbriz – Aliqapı’daki hükümət mərkəzi Qəzzaqlar tərəfindən ələ geçirilmişdir. Şeyx Həsən Badamçı’nın evində olan Xiyabani, Fars İran əskərlərinə təslim olmayı redd edərək, son qurşununa qədər çarpırmış və özünə yaraşır şəkildə şəhid olmuşdur.

Güney Azərbaycan’ın bağımsızlığı (istiqlalı) uğrunda həyatını heçə sayan bu gənc Türk din adamını rəhmətlə anırıq (xatırlayırıq). Azərbaycanlılar səni heç bir zaman unutmayacaqdır.

0 Comments:

Post a Comment

<< Home